Satış , xidmət və biznes sektorunda 15 ildən artıq təcrübəm var. İxtisasca mühəndis olsam da, əmək fəaliyyətimin böyük hissəsi satış ilə bağlı olub. Satış meneceri kimi çalışdığım illər ərzində əməkdaşlıq etdiyim müştərilər ilə aktiv əlaqələr qurmuşam. Müştərilərlə əməkdaşlıq fonunda, onların istəkləri, problemləri və təklifləri ilə bağlı bir çox məsələlərin effektiv həllərini axtarmışam və əksər hallarda buna nail olmuşam. Bundan başqa işimdə əsas öhdəliklərim bunlar olmuşdur: Müasir satış taktikalarını tətbiq etmək, sifarişlərin qəbul edilməsini həyata keçirmək, yeni satış məntəqələrinin araşdırılıb tapılmasını təmin etmək,cavabdeh olduğum ərazilərdə satışın həyata keçirilməsi, borc və ödənişlərə nəzarət etmək, müəssisənin kompaniyaları və məhsulları barədə müştəriləri məlumatlandırmaq, satışdan sonrakı proseslərə nəzarət etməklə müştəri xidmətlərinə təkliflərimi vermək, gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması. Analitik düşüncə və sərbəst ünsiyyət bacarıqlarımın olması hər zaman satış işində uğur əldə etməyimə kömək olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Kompüter mühəndisliyi
bakalavr
2009-2013
2010cu ildən etibarən satış və xidmət sektorunda fəaliyyət göstərirəm
.
2010-2013 AG Telecom MMC KATV1 şirkətində nəzarətçi-inkassator
2014-2015 NB Group, Kainat NT MMC-də operator-mühəndis
2015-2018 KATV1 şirkəti
2018-2020 Mətanət A şirkətində Korporativ satış meneceri
2020-2025 ci illər arası Mətanət A şirkətində Lənkəran- Astara regionu üzrə regional satış meneceri vəzifəsində çalışmışam.Ərazidəki pərakəndə satış ilə məşğul olan mövcud ticarət nöqtələri ilə əməkdaşlıq, yeni müştərilərin cəlb olunması, müştərilərin sifarişlərinin qəbulu, şirkət-müştəri koordinasıyasının qurulması, ödənişlərin yığımı və s işlər əsas vəzifələrim olub.
hal-hazırda onlayn ticarət ilə məşğulam
Mühasıbatlıq, 1C proqramı, Microsoft Office proqramları, Outloock proqramlarında işləmək bacarığım var. Bunlarla baglı müvafiq sertifikatlarım da var. İşlədiyim istənilən sahədə inkişafyönümlü səy göstərirəm.Mütamadi olaraq bilik və bacarıqlarımı inkişaf etdirmək üçün təlimlərə qoşuluram. Yaxşı sürücülük qabiliyyətim var.