SMM idarəçiliyi, kontent yaradılması və onun icrasının təşkili ilə məşğulam. Eyni zamanda süni intellekt alətlərindən geniş istifadə edərək brendə uyğun, trendlərə əsaslanan kreativ kontentlərin hazırlanması həm əsas işim, həm də maraq dairəmdir.
Məqsədim hər bir brendi düzgün analiz edərək onun sosial media platformalarında daha peşəkar, aktiv və tanınan şəkildə təqdim olunmasını təmin etməkdir.
Bundan əlavə, ehtiyac olduqda brend face olaraq çəkilişlərdə iştirak edir, brendiniz haqqında kamera qarşısında səlis, rahat və təqdimat xarakterli videoların hazırlanmasına dəstək göstərirəm. Bu, brendin auditoriya ilə daha canlı, etibarlı və birbaşa kommunikasiya qurmasına kömək edir.
Portfolio ilə tanış olmaq üçün mənimlə əlaqə saxlaya bilərsiniz.
Marketinq sahəsində 3 illik təcrübəyə sahibəm. Bu müddət ərzində həm full-time, həm də freelance olaraq müxtəlif şirkət və məkanlarla əməkdaşlıq etmişəm.
Hazırda freelance olaraq bir neçə şirkət və mağaza ilə əməkdaşlıq edirəm ,həmçinin Fist.az Marketing Agentliyi-nin aparıcı üzvlərindən biri olmaqla yanaşı müştərilərimizə kompleks Marketing xidmətləri təqdim edirik.
Bu dövr ərzində brendinizin sosial media hesablarının qurulması, inkişaf etdirilməsi, vizual kimliyinin formalaşdırılması və hədəf auditoriyaya uyğun kontent strategiyasının hazırlanması istiqamətində peşəkar dəstək göstərilir..
Əməkdaşlıq ilkin mərhələdə tərəflər arasında razılaşdırılmış SMM paketinə uyğun olaraq 1 aylıq sınaq müddəti əsasında başlanılır. Bu müddət ərzində görülən işlərin keyfiyyəti, nəticələr və əməkdaşlıq prosesi qarşılıqlı şəkildə dəyərləndirilir. Tərəflər təqdim olunan xidmətlərdən və əməkdaşlıq şərtlərindən məmnun qaldığı təqdirdə, əməkdaşlıq davamlı əsaslarla uzadılır.
Portfolio ilə tanış olmaq üçün mənimlə əlaqə saxlaya bilərsiniz.