Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Maliyyə və Mühasibatlıq
/
Mühasib
/
Bakı
/
Baş mühasib
Elanı Seçilmişlərə əlavə edin
Aytac İsrafil İsmayılova

Aytac İsrafil İsmayılova

Baş mühasib
2000 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
25
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
№ 617070
Dərc edilib: 28.09.2026
Baxış sayı: 123
Şəhər
Bakı
Yaş
25
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər

Haqqımda

Mühasibat uçotu və vergi sahəsində 5 ilə yaxın peşəkar təcrübəyə malik, məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyətinə sahib mütəxəssisəm. Karyerama sərbəst mühasib kimi başlamış, müxtəlif müəssisələrin mühasibat və vergi uçotunun aparılması üzrə praktiki təcrübə qazanmışam. Daha sonra mühasibat konsaltinq şirkətində mühasib, hazırda isə aparıcı mühasib vəzifəsində fəaliyyət göstərirəm.

Mühasibat uçotunun tam şəkildə aparılması, ilkin sənədlərin hazırlanması və rəsmiləşdirilməsi, vergi və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi, debitor və kreditor borclarının uçotu və üzləşdirilməsi, bank əməliyyatları, əməkhaqqı hesablamaları və kadr uçotu üzrə geniş praktiki təcrübəyə malikəm.

Bununla yanaşı, idxal əməliyyatlarının uçotu, xarici valyuta köçürmələri, gömrük sənədləri və idxal xərclərinin uçotda əks etdirilməsi, anbar və mal-material uçotu, satış dövriyyəsi və maya dəyərinin təhlili, təchizatçı və müştərilərlə hesablaşmaların idarə edilməsi sahələrində təcrübə qazanmışam.

ƏDV, ÖMV, Əmlak vergisi, Mənfəət vergisi, Vahid bəyannamə, DSMF, Statistika və digər hesabatların hazırlanması, vergi orqanları ilə yazışmaların aparılması, dövlət qurumlarından daxil olan məktubların cavablandırılması və elektron sistemlər üzərindən müvafiq əməliyyatların həyata keçirirəm


Təhsil: Ali

2018–2022 — Bakı Dövlət Universiteti, Beynəlxalq Münasibətlər ixtisası (Bakalavr)

Kurslar və Təlimlər

Dövlət qulluğuna hazırlıq

Mühasibatlıq və Vergi Uçotu üzrə Təlimlər

EDU Company- "Mühasibat uçotu"

AG Company – “Mühasibat uçotu və 1C proqramı”

MB Consulting Company MMC – “Vergi uçotu”

Bakı Biznes Məktəbi – “Vergi uçotu”

VM GROUP ACADEMY – “Vergi uçotu”


İş təcrübəsi: 3 ildən 5 ilə qədər

“Bir Mühasib” MMC – Mühasib (Konsaltinq şirkəti)

Aprel 2022 – İyun 2025

Vəzifə və öhdəliklər:

  1. Mühasibat uçotu üzrə ilkin sənədlərin təşkili və rəsmiləşdirilməsi
  2. Mühasibat sənədlərinin saxlanılması və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsi
  3. Əsas vəsaitlərin uçota alınması və inventarizasiyasının aparılması
  4. Mal-materialların alış, satış, yerdəyişməsi və silinməsi üzrə uçotun və sənədləşmənin təşkili
  5. Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarə edilməsi
  6. Vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi
  7. Maliyyə hesabatlarının tərtib edilməsi
  8. Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və rəsmi yazışmaların aparılması
  9. Online kargüzarlıq sisteminin gündəlik yoxlanılması
  10. EMAS sistemi üzərindən əmək müqavilələrinin hazırlanması, dəyişdirilməsi və xitam əməliyyatlarının rəsmiləşdirilməsi
  11. Əməkhaqqı, məzuniyyət, ezamiyyət və xəstəlik vərəqələri üzrə hesablamaların aparılması
  12. Kadr sənədlərinin və şəxsi işlərin formalaşdırılması
  13. Əmrlərin, arayışların və digər kadr sənədlərinin hazırlanması

“DELUXE ELECTRIC AZERBAIJAN” MMC – Baş mühasib

İyun 2025 – Hal-hazırkı dövr

Vəzifə və öhdəliklər:

  1. Elektrik avadanlıqları və texniki məhsullar üzrə idxal əməliyyatlarının uçotunun aparılması
  2. Xarici köçürmələrin və valyuta əməliyyatlarının uçotu
  3. Bank sənədlərinin hazırlanması və bank əməliyyatlarının uçotunun aparılması
  4. Anbar qalıqlarına nəzarət və məhsul hərəkətinin sistem üzərindən izlənilməsi
  5. Təchizatçılar və müştərilərlə hesablaşmaların idarə olunması
  6. Gömrük sənədlərinin və idxal xərclərinin uçotda düzgün əks etdirilməsi
  7. Rəhbərlik üçün aylıq daxili maliyyə analizlərinin hazırlanması
  8. Satış dövriyyəsi və maya dəyəri üzrə hesabatların tərtib edilməsi
  9. EMAS sistemi üzərindən əmək müqavilələrinin hazırlanması, dəyişdirilməsi və xitam verilməsi
  10. İşçilərin şəxsi işlərinin və kadr sənədlərinin hazırlanması

Bacarıqlar

1C Mühasibat proqramı ilə işləmək

Mühasibat uçotunun tam və düzgün aparılması

Vergi və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi

ƏDV, ÖMV, Mənfəət və Əmlak vergisi üzrə hesabatların hazırlanması

Vahid bəyannamə, DSMF və Statistika hesabatlarının hazırlanması

İlkin mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi

Debitor və kreditor borclarının uçotu və üzləşdirilməsi

Bank əməliyyatları, ödənişlər və xarici valyuta köçürmələri

İdxal və gömrük əməliyyatlarının uçotu

Mal-material və anbar uçotunun aparılması

Əsas vəsaitlərin uçotu və inventarizasiyası

Satış dövriyyəsi, maya dəyəri və maliyyə göstəricilərinin təhlili

Təchizatçı və müştərilərlə hesablaşmaların idarə edilməsi

Əməkhaqqı, məzuniyyət, ezamiyyət və xəstəlik vərəqələri üzrə hesablamalar

Kadr uçotu və əmək müqavilələrinin EMAS sistemi üzərindən rəsmiləşdirilməsi

Elektron kargüzarlıq və dövlət qurumlarının elektron sistemləri ilə işləmə

Vergi orqanları və dövlət qurumları ilə rəsmi yazışmalar

Maliyyə analizləri və daxili hesabatların hazırlanması

Aytac İsrafil İsmayılova
Minimum maaş:

2000 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin