İşə qəbul proseslərinin təşkili, namizədlərlə ilkin ünsiyyətin qurulması, əmək müqavilələri və kadr sənədlərinin hazırlanması, şəxsi işlərin aparılması və əmək münasibətləri üzrə inzibati işlərin icrasında bacarıqlarımı inkişaf etdirirəm. Əmək qanunvericiliyinin əsas prinsipləri, ƏMAS sistemi və kadr kargüzarlığı üzrə praktiki biliklərə malikəm. Komanda ilə işləməyi bacaran, diqqətli, operativ və nəticəyönümlü biriyəm. Sənədlərlə işləyərkən dəqiqliyə və məxfiliyə xüsusi önəm verir, verilən tapşırıqları vaxtında məsuliyyətlə yerinə yetirməyə çalışıram. İnsanlarla düzgün ünsiyyət qurmaq, problemləri operativ həll etmək və yeni bilikləri praktiki fəaliyyətə tətbiq etmək asas üstünlüklərimdəndir. İnsan resursları sahəsində bilik və təcrübəmi davamlı inkişaf etdirərək peşəkar HR mütəxəssisi kimi formalaşmağı qarşıma məqsəd qoymuşam.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil almışam.
Təcrübə
"Star HR Company"
İnsan resursları üzrə təcrübəçi
Oktyabr 2025-Dekabr 2025
İşə qəbul prosesinin təşkilində və həyata keçirilməsində dəstək göstərmək;
Vakansiyaların hazırlanması və müvafiq platformalarda yerləşdirilməsində iştirak etmək;
Müsahibələrin planlaşdırılması namizədlərin müsahibələrə yönləndirilməsini həyata
keçirmək;
Namizədlər haqqında məlumatların sistemləşdirilməsi və məlumat bazasının yenilənməsi;
İşə qəbul prosesinin mərhələləri üzrə sənədləşməyə dəstək göstərmək;
İşçilərin şəxsi məlumatlarının və HR sənədlərinin düzgün şəkildə arxivləşdirilməsində iştirak etmək;
İşçilərin məzuniyyət, davamiyyət və digər kadr məlumatlarının qeydiyyatında iştirak etmək; Əmək qanunvericiliyi və kadr inzibatçılığı üzrə məlumatların araşdırılmasında iştirak etmək.
"Heydər Əliyev Mərkəzi"
Təcrübəçi
Mərkəzin gündəlik fəaliyyətinin təşkili ilə bağlı işlərdə dəstək göstərmək;
Ziyarətçilərin qarşılanması və istiqamətləndirilməsində iştirak etmək;
Ziyarətçilərə sərgilər, tədbirlər və xidmətlər barədə ilkin məlumat vermək;
Ziyarətçi müraciətlərinin qəbulunda və yönləndirilməsində iştirak etmək;
Məlumatların toplanması, sistemləşdirilməsi və aidiyyəti üzrə təqdim edilməsinə kömək etmək;
Sənədlərin hazırlanması, çeşidlənməsi və arxivləşdirilməsi işlərində iştirak etmək.
"3 saylı Bakı DOST Mərkəzi" Könüllü
"2 saylı Asan Xidmət Mərkəzi" Könüllü