5 illik təcrübəyə malik peşəkar mühasib olaraq, distant (məsafədən / onlayn) formatda mühasibatlıq və vergi xidmətləri təklif edirəm. Fəaliyyətimdə əsas üstünlüklərim və xidmətlərim:
2018–2022 — Bakı Dövlət Universiteti, Beynəlxalq Münasibətlər ixtisası (Bakalavr)
Kurslar və Təlimlər
Dövlət qulluğuna hazırlıq
EDU Company-“Mühasibat uçotu
Mühasibatlıq və Vergi Uçotu üzrə Təlimlər
AG Company – “Mühasibat uçotu və 1C proqramı”
MB Consulting Company MMC – “Vergi uçotu”
Bakı Biznes Məktəbi – “Vergi uçotu”
VM GROUP ACADEMY – “Vergi uçotu”
Maliyyə və mühasibatlıq sahəsində 5 ildən artıq peşəkar iş təcrübəm var. Karyeram ərzində müxtəlif sektorlarda — ilk növbədə konsaltinq şirkətində çoxşaxəli mühasibat xidmətlərinin aparılması, daha sonra səhiyyə və xidmət sahələrində maliyyə-uçot əməliyyatlarının idarə olunması üzrə təcrübə qazanmışam. Hal-hazırda isə tikinti sektorunda mühasib olaraq çalışıram və sahənin vergi, kadr və maya dəyəri uçotu kimi xüsusi tələblərinə uyğun olaraq mühasibatlıq işlərini aparıram.
1C: Mühasibatlıq proqramında işləmək
İlkin mühasibat sənədləri ilə iş (hesab-faktura, qaimə, akt, müqavilə və s.)
Vergi və mühasibat uçotunun aparılması
ƏDV üzrə əməliyyatların icrası və nəzarəti
e-Taxes və digər elektron vergi sistemləri ilə işləmək
Mühasibat hesabatlarının hazırlanmasında iştirak (dövriyyə cədvəlləri, debitor və kreditor borclar)
Bank əməliyyatlarının aparılması (bank çıxarışları, ödəniş tapşırıqları)
Müqavilələrin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi
HR sənədləri ilə iş (işə qəbul, əmək müqavilələri, işçi sənədləri)
ƏMAS və digər elektron sistemlərlə işləmək
Sənədlərin düzgün, dəqiq və vaxtında hazırlanmasının təmin edilməsi.