Ofis proqramlarında, intour proqramında, Akınsoft və 1C 7.7 və 1C 8.3 mühasibatlıq proqramlarında sərbəst şəkildə işləyirəm. Booking, trip, ostrovok və s. kimi saytlarda tam sərbəst işləyirəm, həmçinin, wolt, birmarket platformalarında sifarişin qəbulu, təsdiqlənməsi, məhsul stoklarına nəzarət, yeni məhsul əlavə edilməsi kimi işləri bacarıram.
Rus dilində yaxşı səviyyədə danışıram(B2), ingilis dilində orta səviyyədə (B1) danışa bilirəm.
Xahiş olunur ki, Tiens, transmilli holdinq və daşınmaz əmlak agentlikləri işlə bağlı əlaqə saxlamasınlar.
Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində menecment ixtisası üzrə, magistr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində Bank işi-Maliyyə ixtisası üzrə almışam.
2 ildən artıq iş təcrübəm var, ofis meneceri, 1C operator, qeydiyyatçı kimi işləmişəm.